- Baxış sayı: 188
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 188
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin qapıçısı Səlahət Ağayev dirsək oynağından əməliyyat olunub. Allsport.az saytı xəbər verir ki, İstanbulda özəl klinikalardan birində aparılmış əməliyyat uğurlu alınıb.
Həkimlərin rəyinə görə, gələn həftədən məşqi bərpa edəcək futbolçu, 21 gündən sonra toplu çalışmaya başlayacaq. 2017/2018-ci illərdən etibarən 67 oyunda meydana çıxan qolkiper bu mövsüm rəsmi görüşə çıxmayıb.