“Neftçi”nin Sekidika peşmanlığı

Türkiyənin “Millət” qəzeti “Qalatasaray”ın yeni transferi Jesse Sekidikanın 2019-cu ilin qış fasiləsində “Neftçi”də baxışda olması barədə yazıb. Allsport.az xəbər verir ki, yazıda nigeriyalı oyunçunun ötən il “Əskişəhərspor”a keçməmişdən öncə “ağ-qaralar”a təklif olunduğu ancaq, məşqçilərin futbolçunu bəyənmədiyi qeyd edilib.

23 yaşlı hücumçunun bu qış “Qalatasaray”a transfer olub. Yazıda “Neftçi”nin bu transferi təəccüblə qarşıladığı vurğulanıb. Klub rəhbərliyi “Biz Sekidikada nəyi görə bilmədik?”, “Qalatasaray” kimi bir komanda onu transfer edərkən biz niyə bəyənmədik?”, – deyərək təəccüblənib.

23 yaşlı hücumçu 2019-cu ilin yanvarında “Neftçi”də baxışda olub. Lakin paytaxt klubunun məşqçilər korpusu nigeriyalını bəyənməyib. Sekidika bu qış “Əskişəhərspor”dan “Qalatasaray”a keçib.

Həmin kateqoriyadan