- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“Pari Sen-Jermen” ulduz futbolçusu Neymar keçmiş klubu “Barselona”ya qarşı məhkəməni uduzub. Allsport.az saytının məlumatına görə, 28 yaşlı braziliyalı ona 22 milyon avro bonus ödənilməsini tələb edib.
Maraqlıdır ki, o, indi özü Kataloniya təmsilçisinə 7 milyon avro ödəməlidir. Neymarın sözünə görə, “narıncılar” məbləği ödəməkdən imtina ediblər.
Çünki hücumçu 2017-ci ildə müqavilənin müddəti bitmədən komandanı tərk edərək, rekor qiymətə – 222 milyon avro müqabilində PSJ-yə keçib.
Bu arada, “Santos” klubu Neymarın transferi üçün “Barselona”dan 4,5 milyon avro tələb edir.