Neymar Braziliya millisinə çağırılmadı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti “Santos”un hücumçusu Neymarı yığmanın növbəti oyunlar üçün heyətinə daxil etməyib.

Allsport.az xəbər verir ki, italiyalı mütəxəssis kapitanın yoxluğunda heyətdə bir sıra dəyişikliklərə yol verib. Ançelottinin rəhbərliyi dövründə Neymar hələ bir dəfə də olsun əsas heyətə dəvət almayıb.

Braziliya yığması martın 26-da Fransa, aprelin 1-də isə Xorvatiya ilə yoldaşlıq görüşlərində qarşılaşacaq.

Həmin kateqoriyadan