- Baxış sayı: 38
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 128
- Noyabr 28, 2024
- 0
“Zirə”nin premyer liqanın 9-cu turunda “Sabah”la oyunda vurduğu ilk qol klubun tarixinə 100-cü səfər topu kimi düşüb. Allsport.az saytı xəbər verir ki, bu qola 22-ci dəqiqədə Nicat Süleymanov nail olub.
Qarşılaşmanın sonlarındakı bərabərlik topu isə “qartallar”ın rəqib meydanında vurduğu topların sayını 101-ə çatdırıb. Bu qollar 90 oyunda vurulub.
Səfərdə orta məhsuldarlıq 1,12-yə bərabərdi. Bu toplardan 62-si premyer liqa, 27-si 1-ci divizion, 9-u Azərbaycan kuboku, 3-ü Avropa liqasına təsadüf edib. “Qartallar”ın səfər qolları mövsümlər üzrə belədir: 2014/15 – 27, 2015/16 – 18, 2016/17 – 14, 2017/18 – 18, 2018/19 – 20, 2019/20 – 4.
25 rəqibin meydanında fərqlənməyi bacaran “Zirə”nin səfərdə ən çox qol vurduğu komanda “Neftçi”di – 13. Qəsəbə klubu “Sumqayıt”la görüşlərdə 9, “Qəbələ”, “Səbail”, “Keşlə” və AzAL-ın meydanında 7 qol vurub.