- Baxış sayı: 191
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 191
- Dekabr 05, 2025
- 0

Gürcüstan çempionatında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Nicat Qurbanovun çıxış etdiyi “Samtredia” öz meydanında Kutaisi “Torpedo”suna 1:2 hesabı ilə uduzub.
Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 64-cü dəqiqədə penaltidən Qurbanov vurub. Bununla da o, bu mövsüm vurduğu qolların sayını 4-ə çatdırıb.
“Samtrediia” 9 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.