Niko Kovaç: “Azərbaycan millisi üzərində də qələbə qazanacağımıza inanıram”

Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:

“Azərbaycan millisi indi müdafiədə daha diqqətli oynayır, hücum qurarkən daha az səhvə yol verir, pressinq qarşısında topu hara gəldi vurmur. Amma mən sabahkı oyunun nəticəsi ilə bağlı optimist düşünürəm və hər zaman oyunlara bu cür köklənirəm. Azərbaycan millisi üzərində də qələbə qazanacağımıza inanıram.

Futbolçularımdan hər zaman sona qədər oynamağı tələb edirəm. Xorvatiya millisi mənim rəhbərliyim dövründə ən çox qol vuran komandalardan biridir”.

Həmin kateqoriyadan