Niyazovun ömürlük cəzası qüvvədə qaldı

AFFA-nın apellyasiya arbitraj tribunalının iclası keçirilib. Yığıncaqda sabiq hakim Anar Niyazovun apellyasiya şikayətinə baxılıb. Allsport.az xəbər verir ki, qurum onun müraciətinin təmin edilməməsinə qərar verib.

Bununla da intizam komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb. Danışılmış oyunlarda iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib.

Bu qərar UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA-nın icraiyyə komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.

Həmin kateqoriyadan