Norveç klubu “Qarabağ”la Bakıda deyil, bitərəf meydanda oynamağa yaxındır

“Mölde” UEFA təlimatlarındakı bir bəndi əsas gətirərək neytral meydanda oynamaq istəyir. Allsport.az saytı xəbər verir ki, həmin bəndə əsasən, qonaq klub öz ölkəsinə qayıdarkən bir probləm yaşayarsa, neytral meydan seçilə bilər. Bu bəndə əsaslanan “Mölde” rəhbərliyi UEFA-ya müraciət edərək görüşün bitərəf meydanda olmasını tələb edir. Azərbaycan tərəfi isə, püşkün nəticəsi olan haqqı, yəni görüşün Bakıda keçirilməsini istəyir. İdman mətbuatımızda “Mölde”nin haqqsız tələb irəli sürdüyü iddia edən müxtəlif futbol təssübkeşlərinin, tərəfdarlarının məsələyə subyektiv münasibət bildirdiklərini, neytral meydan tələbinə etiraz etdiklərini ictimaiyətimiz bilir.

Biz də istərdik ki, qarşılaşma hər 2 komanda üçün də səfərdə deyil, Bakıda keçirilsin. Belə olan halda, ən azından komandamız səfər yorğunluğu yaşamaz. Bir də, “Mölde” rəhbərliyi neytral meydanın “Qarabağ”la eyni şərtlərdə qarşılaşma kimi dəyərləndirib, onlar üçün üstünlük sayıla biləcəyini düşünürlər. Bu barədə yerli rbnett.no saytında da bir növü iddialı yazı var. Onlar “Qarabağ”la görüş sonrası “Ferensvaroş” (Macarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi ilə görüşəcəklərinə ümid edirlər.

İndi qayıdaq “Mölde”nin UEFA-ya ünvanladığı müraciətə, yəni nəyə əsaslandığını və bunun Azərbaycan mətbuatında bilinmədən tənqid edildiyinə və cəmiyyət arasında etirazlarla qarşılanmasına. Norveç klubu gerçəkdənmi UEFA təlimatının bir bəndin əsas gətirərək belə bir müraciətə imza atıb? Əslində, problemin qaynağı Covid-19 pandemiyasıdır. Avropa Birliyi ölkələri və bu quruma üzv olmayan Norveç, İsveçrə kimi Şengen dövlətlərinə sərbəst şəkildə səfərlər edə bilirlər.

Bəzi Avropa şəhərlərinə bəzi AB üzvü ölkələr ara-sıra gediş-dönüşlərə karantin qaydaları tətbiq etsə də, əsasən bütün Avropa Birliyi və Şengen zonasına səyahətlər sonrası karantina tətbiq edilmir. Azərbaycan AB üzvü deyil və Şengen zonasına da daxil olmadığına görə Norveç klubu Azərbaycandan dönüşdə koronavirus səbəbindən qeyri iradi karantinə girməyə məcburdur. Məhs bu durum UEFA təlimatına uyğun səbəbdir ki, “Mölde” rəhbərliyi səbəb göstərərək, AB ölkələrinin birində, Macarıstanda qarşılaşmaq istədiklərini tələb edir.

Mansur DADAŞ, İsveç

Həmin kateqoriyadan