- Baxış sayı: 32
- 16 Fevral 2026 15:50
- Baxış sayı: 354
- Fevral 16, 2026
- 0

Beynəlxalq xizək və snoubord federasiyası (FİS) İtaliyada keçirilən qış olimpiya oyunlarında xizəklərin sınaqdan keçirilməsi qaydalarını pozduğuna görə Norveç yığmasını cəzalandırıb.
Allsport.az xəbər verir ki, buna səbəb komandanın xidmət personalından birinin tras bağlandıqdan sonra orada qalması olub.
Norveç tərəfi səhvini etiraf edərək bildirib ki, mütəxəssis vaxtı səhv salaraq klassik trasda 10 dəqiqə artıq qalıb. Bu qayda pozuntusuna görə Norveç yığması fevralın 18-dək bir servis jiletindən (xüsusi icazə vərəqəsi) məhrum edilib. Bu o deməkdir ki, yarışdan əvvəl xizəkləri hazırlayan heyət bir nəfər az heyətlə çalışmalı olacaq.