Növbəti sınaq ərəfəsində

Taekvondoçularımız fevralın 4-7-sində BƏƏ-nin Fuceyrə şəhərində G2 kateqoriyalı beynəlxalq yarışda iştirak edəcəklər.

Allsport.az saytı xəbər verir ki, kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayevlə böyük məşqçi Elnur Amanov turnirdə Səyyad Dadaşov (58 kq), Riyd Şirəliyev (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq), Milad Beiqi Hərçəqani və Həmidrza Badrialiabadiyə (hər ikisi +87 kq) fürsət verəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi Sun Mi Park isə bu sınaqda Zemfira Həsənzadə, Minayə Əkbərova, Məryəm Məmmədova, Səmərrux Osmanova (hamısı – 49 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidovanı (67 kq) yoxlayacaq.

Fevralın 2-də səfərə yollanacaq komandaya rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev edəcək. Heyət Bakıya fevralın 5-də qayıdacaq.

Həmin kateqoriyadan