Novruz bayramı münasibəti ilə məktəbli şahmatçılar arasında təsnifat yarışı

Azərbaycan həmkarlar ittifaqları idman təşkilatları assosiasiyası ictimai birliyi (AHİTA) qarşıdan gələn Novruz (Ərgəniqon, İstər) bayramı münasibəti ilə məktəbli şahmatçılar arasında təsnifat yarışı keçirib.

Allsport.az saytı xəbər verir ki, 3 gün davam edən turnirdə iştirakçılar 2-ci, 3-cü və 4-cü dərəcələr uğrunda mübarizə aparıblar. 2-ci dərəcə uğrunda yarışda ilk 3 yeri müvafiq olaraq İsmayıl Əlizadə, Atilla Xudaverdiyev və Nigar Şirinzadə tutublar.

3-cü dərəcə uğrunda rəqabətdə 1-ci sıraya Məhəmməd Əsədov, növbəti 2 pilləyə İbrahim Nərimanlı ilə Ağəli Nəcəfov sahib olublar.

3-cü dərəcə uğrunda yarışda isə Nuran İbrahimov, Nəriman Məmmədzadə və Fuad Qaçayev fərqləniblər.

Yarışın sonunda hər 3 dərəcə üzrə qalib və mükafatçılar təşkilat komitəsi tərəfindən müvafiq kubok, medal və diplomlarla təltif olunublar. 

Həmin kateqoriyadan