Nuriyev: “De Byazi mənə güvəndiyini söyləyib”

Ukraynanın “Minay” klubunun futbolçusu Anatoli Nuriyev Azərbaycan millisinə dəvət alması barədə açıqlama verib. Allsport.az “Metaratings”ə istinadla xəbər verir ki, 24 yaşlı hücumçu baş məşqçi Canni De Byazinin ona güvəndiyini deyib:

“Yeni çağırışları sevirəm. Əvvəlcə “Minay”ın heyətində ilk dəfə Ukrayna kubokunun yarımfinalında oynadım, daha sonra isə Premyer Liqayada çıxış etmək hüququ qazandım. Artıq 2 dəfə baş məşqçi Canni De Byazi ilə görüşmüşəm və o, mənə güvəndiyini söyləyib. Əlbəttə, bu etimad mənə çox ilham verir. Onu və azarkeşləri məyus etməməyə çalışacağam.

Martın 21-də millinin düşərgəsinə qoşulacağam. 3 gündən sonra Turində Portuqaliya ilə münasibətə aydınlıq gətirəcəyik. Ümid edirəm ki, beynəlxalq oyunlardakı təcrübə irəliləməyimə kömək edəcək. Bu da klub səviyyəsində “Minay”dakı çıxışıma da təsir edəcək”.

Martın 24-də İtaliyadakı “Yuventus” stadionunda Portuqaliyanın qonağı olacaq Azərbaycan millisi 3 gün sonra Macarıstanın Debretsen şəhərində Qətərlə yoldaşlıq görüşünə çıxacaq. Yığma martın 30-da isə Bakı olimpiya stadionunda Serbiya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan