- Baxış sayı: 40
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Zirə” daha bir futbolçu ilə güclənib. Allsport.az xəbər verir ki, ötən mövsüm Topaz Premyer Liqasının bombardiri olan Nurlan Novruzov sözügedən komandanın sıralarına qoşulub.
“Bakı” klubu ilə razılığa əsasən, Nurlan 6 aylıq icarə əsasında “Zirə”də çıxış edəcək. Ancaq Novruzovla müqavilənin müddəti artırıla bilər. Bu haqda artıq futbolçu ilə şifahi razılıq əldə olunub. Klublar arasında da razılıq əldə olunarsa 6 aydan sonra Nurlan Novruzovla müqavilənin müddətinin artırılması mümkündür.