- Baxış sayı: 119
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 218
- Avqust 05, 2026
- 0

2022-ci ildə “Qızıl top” mükafatına layiq görülmüş Kərim Benzema Səudiyyə Ərəbistanındakı yeni klubu “Əl-Hilal”ın heyətində ilk oyununa çıxıb.
Allsport.az xəbər verir ki, 38 yaşlı fransalı hücumçu “Əl-Əhdud”la qarşılaşmada het-trik edərək komandasının 6:0 hesablı darmadağınında əsas pay sahibi olub. Oyunun 31, 60 və 64-cü dəqiqələrində rəqib qapısına yol tapan ulduz futbolçu, 70-ci dəqiqədə Malkomun vurduğu qolun da ötürməsini verib.
Bu qələbədən sonra xallarını 50-yə çatdıran “Əl-Hilal” milli çempionatda liderliyini davam etdirir.