- Baxış sayı: 30
- 24 İyun 2026 03:46
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Canal+” telekanalı jurnalistlər və keçmiş futbolçular arasında keçirdiyi sorğu əsasında XXI əsrin birinci rübünün ən yaxşı müdafiəçilərinin reytinqini təqdim edib.
Allsport.az xəbər verir ki, siyahıya ispaniyalı Serxio Ramos başçılıq edir. İlk üçlükdə həmçinin İtaliya futbolunun əfsanəsi Paolo Maldini və braziliyalı Roberto Karlos yer alıblar.
Reytinqin ilk onluğunu Fabio Kannavaro, Karles Puyol, Kafu, Alessandro Nesta, Dani Alveş, Lilian Türam və Rio Ferdinand tamamlayır.