“Nyukasl”la oyunun biletləri satışda

Çempionlar liqasının pley-off mərhələsində keçiriləcək “Nyukasl” (İngiltərə) – “Qarabağ” matçını stadiondan izləmək və Ağdam təmsilçisi dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az saytında onlayn şəkildə satışda çıxarılıb.

Allsport.az xəbər verir ki, biletlərin qiyməti 115 manat təşkil edir.

Vauçerləri ilkin olaraq iTicket.az-dan əldə etmək lazımdır. Oyun gününə qədər isə biletlər sifariş zamanı göstərilən e-mail ünvanına iTicket.az-ın rəsmi e-maili vasitəsilə göndəriləcək. Azarkeşlər üçün “Sent Ceyms Park”da 2466 yer ayrılıb.

“Nyukasl” – “Qarabağ” oyunu fevralın 25-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Həmin kateqoriyadan