“O, fərqli rolda, daha çox hücumda oynaya bilər”

“Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kin hesab edir ki, Kazemiro hələ də komandaya xeyir verə bilər.

Allsport.az xəbər verir ki, irlandiyalı sabiq futbolçu Kazemironun hücuma daha yaxın mövqedə özünü sübut etməyə qadir olduğunu bildirib:

“O, fərqli rolda, daha çox hücumda oynaya bilər. Çoxu Kazemironun fərqli oynamağa qadir olmadığına inansa da, biz artıq onun yaxşı ötürmələrinin olduğunu görmüşük. Kazemiro hücuma daha yaxın mövqedə özünü sübut etməyə qadirdir”.

Həmin kateqoriyadan