- Baxış sayı: 27
- 27 Mart 2026 21:10
- Baxış sayı: 34
- Mart 27, 2026
- 0

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yığmanın və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri Hernandes haqda fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, o, ispaniyalı futbolçunun yaxşı oyunçu olduğunu bildirib:
“Rodri dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindən biridir. O, mükəmməl “altı nömrə”dir. Həm hücumda, həm də müdafiədə yaxşı çıxış edə bilir. Onun əsas xüsusiyyətini – təvazökarlığını da qeyd etmək istərdim. Bu keyfiyyət sayəsində Rodri irəliləməyi dayandırmır”.