FOTO
Olimpiya çempionlarımız və milli idman geyim brendi “İl’Azero”

Tokio-2020-də xalqımıza final sevinci yaşadan sərbəst güləş millimiz hələ də Yaponiya paytaxtındadır. Allsport.az saytı xəbər verir ki, komandamız avqustun 12-də Vətənə dönəcək.

Oyunlardan sonra olimpiya kəndinə səyahətə çıxan bahadırlarımız, milli idman brendi “İl’Azero”nun onlara hədiyyə etdiyi dəstləri geyiniblər. Gəzintidə olimpiadada 2-ci yer tutan Hacı Əliyev, 5-ci yer tutan Şərif Şərifov, baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynov iştirak ediblər. Adlara qeyd olunan 4 şəxsin hamısı yüksək tutula malikdir.

Avropada tekstilin mərkəzi Polşada istehsal olunan, italyanca “Bir Azərbaycanlı” adlanan şirkətin rəhbəri, yeganə azərbaycanlı beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. O daim idman tədbirlərinə himayədarlıq edir.

44-günlük 2-ci Vətən müharibəsinin şərəfinə buraxalan yeni kolleksiya kommersiya məqsədli deyil, yerli atributları, naxış və rəmzləri təbliğ etməklə yanaşı, ölkəmizi layiqincə təmsil edən idmançıları, ictimai xadimləri, özəlliklə, 2-ci Qarabağ savaşı iştirakçılarına həsr olunmuşdu.

Həmin kateqoriyadan