- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatında bu gün gərginlik yaşanıb. Allsport.az saytı xəbər verir ki, 65 kq çəkidə sərbəst güləşçilərin yarışında mübarizə aparan Toğrul Əsgərov inamla irəliləsə də, 1/4 finalda hakimlər onun yolunu kəsiblər.
İtaliyalı əsilli idmançı Frank Çamizo Marquez ilə tutaşmanın ilk hissəsində rəqibin kürəyini yerə dayayan olimpiya çempionumuzun təmiz qələbəsi qeydə alınmayıb. Üstəlik, bu vəziyyətə görə referilər ona yalnız 2 xal veriblər. Dərhal buna etiraz edən məşqçilər korpusumuzun iddiası qəbul edilməyib, video-təkrara baxılmayıb. Hesabda geridə olan güləşçimizin irəli atılmasından rəqib əks-hücumlarda istifadə edərək, yukunda qələbə qazanıb – 10:5.
Qeyd edək ki, bu sınaq olimpiya çempionu üçün xüsusi önəm daşıyırdı. Qitə çempionu və 1-ci Avropa oyunlarının qalibi olan 23 yaşlı bahadır, bu yarışda baş mükafata sahib çıxmaqla, qızıl medallarını tam dəst edərək, Azərbaycan güləşənin tarixinə düşəcəkdi.