- Baxış sayı: 40
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 155
- Dekabr 18, 2024
- 0
Azərbaycan prezidenti İlham Əliyev, iyunun 3-də Beynəlxalq olimpiya komitəsinin rəhbəri Tomas Baxı qəbul edib. Allsport.az saytı xəbər verir ki, dövlətimizin başçısı qonağa Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında iştirakına və dəstəyinə görə minnətdarlığını bildirib, bunun əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini deyib.
Tomas Bax paytaxtımızda keçirilən bu idman yarışında iştirak etməkdən məmnunluğunu ifadə edib. Söhbət zamanı çoxlu sayda ölkəni təmsil edən idmançıların iştirak etdikləri taekvondo üzrə 26-cı dünya çempionatının Azərbaycanda keçirilməsinin önəminə toxunulub.
Görüşdə Azərbaycan ilə Beynəlxalq olimpiya komitəsinin uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi və ölkəmizin bu beynəlxalq qurumun fəal iştirakçısı olduğu qeyd edilib, Azərbaycanın beynəlxalq idman təşkilatları ilə uğurlu qarşılıqlı fəaliyyəti vurğulanıb.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıldı, Azərbaycanın dünya əhəmiyyətli çoxsaylı idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyi məkana çevrildiyi bildirilib, paytaxtla yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı qeyd olunub.
Tomas Bax 2015-ci ildə Bakıda 1-ci Avropa oyunlarını məmnunluqla xatırladaraq deyib ki, o, hələ də prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyevanın iştirak etdiyi oyunların açılış mərasiminin xoş təəssüratları altındadır.
Sonda BOK-un prezidenti dövlətimizin başçısına “Olimpiya evi” mükafatını təqdim edib. Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq olimpiya komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir. Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan tikili dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.