- Baxış sayı: 40
- 22 Noyabr 2024 21:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Taekvondo üzrə Azərbaycan birincilikləri və çempionatına yekun vurulub.
Allsport.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan yarış böyük yaş qrupu üzrə idmançıların mübarizəsi ilə başa çatıb.
Bakı idman sarayında keçirilən çempionatın son günündə qadın və kişi taekvondoçular arasında 16 dəst medal öz sahibini tapıb.
Komanda hesabında “Təhsil” RİM (Sumqayıt) birinci yeri tutub. İkinci yerdə Ağcabədi OİK, üçüncü pillədə “Gömrükçü” İC qərarlaşıb. Onlardan sonra “Neftçi” İK və “Xəzər” TK yer alıblar.
İlin perspektivli məşqçiləri adına Cəlil Abdullayev, Hüseyn Mehrəliyev, Sadiq Ağayev, Günay Zeynalova, Zahid Nadirov, İmran Zalov və Zahid Nadirov layiq görülüblər.
Yarışın ən yaxşı hakimi Ramal Əskərov, Vasif Qurbanov və Dilarə Həsənova seçiliblər. Rza Məcidovla Bəsti Quliyeva isə ilin ən fəal həkimi nominasiyasının qalibi olublar.