- Baxış sayı: 29
- 27 Mart 2026 21:10
- Baxış sayı: 35
- Mart 27, 2026
- 0

Premyer liqanın 6-cı turu “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 43 yaşlı mütəxəssisin baş məşqçi kimi 200-cü dəfə komandasını meydana çıxarıb. Bu, “Sumqayıt”la qarşılaşmaya (1:0) təsadüf edib.
O, karyerası ərzində 4 klubda çalışıb. O, “Zirə”ni 44, “Sumqayıt”ı 79, “Turan Tovuz”u 72, “Şamaxı”nı 5 görüşə çıxarıb. Cəmdə 67 qələbə qazanılıb, 55 heç-heçə olub və 78 dəfə uduzulub.
Sözü gedən çalışdırıcı Azərbaycan çempionatları tarixində 200 və daha çox matça baş məşqçi kimi çıxan 13-cü mütəxəssisdir.