- Baxış sayı: 15
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
“Qarabağ” premyer liqada ardıcıl 3-cü dəfə bir oyunda 6 qol vurub. Allsport.az saytı xəbər verir ki, 8-ci turda “Keşlə”ni 6:1, 9-cu turda “Neftçi”ni 6:0 hesabı ilə yenən Ağdam klubu, bu dəfə “Sumqayıt”la görüşdə məhsuldarlıq nümayiş etdirib – 6:1.
Qurban Qurbanovun komandası bununla da Azərbaycan çempionatları tarixində ilk edib. 1992-ci ildən keçirilən yarışda indiyədək heç bir klub ardıcıl 3 görüşdə 6 və ya daha çox qol vurmayıb.
5 dəfə eyni komanda ardıcıl 2 matçda bunu bacarsa da, seriyanı 3-ə çatdıra bilməyib. “Neftçi” 2, “Viləş” və Sumqayıt “Xəzər”i 1 dəfə 1992-ci ildə belə məhsuldarlıq göstərib. Sonuncu belə hadisə 2004/05 mövsümünün 2-ci yarısına təsadüf edub. “Bakı” “Göyəzən”i 6:0, “Bakılı”nı 7:2 hesabı ilə üstələyib.