- Baxış sayı: 73
- 31 Oktyabr 2024 19:37
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Ağdamın “Qarabağ” klubu Azərbaycan kubokunun 1/4 final mərhələsində “Bakı” ilə hər iki oyunda böyükhesablı qələbə qazanıb. Allsport.az xəbər verir ki, ilk matçda 3:0, cavab qarşılaşmasında 4:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri buna nail olan 3-cü komanda olub.
Belə ki, 1992-ci ildən start götürən ölkə kubokunun tarixində bunadək yalnız iki dəfə 1/4 finalda eyni komanda hər iki görüşdə 3 və ya daha çox top fərqilə qalib gəlmişdi. 1994/95 mövsümündə “Neftçi” paytaxt derbisində “İnşaatçı”dan üstün olub – 5:1. 2000/01 mövsümündə isə “Dinamo-Bakılı” (indiki “Bakı”) “Real”a gücünü göstərib – 4:0, 3:0.
Bu dəfə 1/4 finalın 8 oyunundan 4-də böyükhesablı nəticə qeydə alınıb. “Qarabağ”dan başqa, “İnter” “Xəzər Lənkəran”, “Simurq” isə “Qəbələ” ilə səfər oyununda 3 cavabsız qol vurub. Bir mövsümdə 1/4 finalda 4 böyükhesablı nəticənin qeydə alınması isə ölkə kuboku tarixinin rekordudur. İndiyədək ən çox – 3 belə hesab 1994/95, 2000/01 və 2003/04 mövsümlərinin 1/4 finalında qeydə alınmışdı.
Qeyd edək ki, “Bakı” üzərində qələbə “Qarabağ”ın Azərbaycan kubokunda 25-ci səfər qələbəsi ilə, matçdakı sonuncu top rəqib meydanlarında 70-ci qolla da əlamətdar olub.