- Baxış sayı: 33
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0

Çempionlar liqasının ilk təsnifatının 1-ci oyunlarından sonra, UEFA-nın reytinqində dəyişikliklər olub. Allsport.az xəbər verir ki, “Qarabağ”ın Şimali Makedoniyanın “Sileks” klubunu məğlub etməsi (4:0) 0,375 xal qazanmağımıza səbəb olub.
Hesabında 14,750 xalı olan Azərbaycan 2 pillə irəliləyərək, 24-cü yerə yüksəlib. Ən yaxın izləyiciləri Qazaxıstan (14,750), Norveç (14,500), Rumıniya (14,450) və Belarusdur (14,125).
23-cü yerdə qərarlaşan Bolqarsıtanın 16,375 xalı var.