- Baxış sayı: 28
- 29 Yanvar 2026 14:48
- Baxış sayı: 183
- Yanvar 29, 2026
- 0

“Mançester Siti”nin misirli hücumçusu Ömər Marmuş qış transfer pəncərəsi bitməmiş komandadan ayrıla bilər.
Allsport.az xəbər verir ki, Antuan Semenyonun gəlişindən sonra ehtiyatda qalmaq istəməyən 26 yaşlı forvardla “Aston Villa” və “Tottenhem” yaxından maraqlanır. Ötən il “Ayntraxt”dan 75 milyon avroya alınan Marmuş bu mövsüm 17 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Pep Qvardiola isə futbolçunun komandada qalmasını istəyir.