“”Omoniya” həmin rəqiblərdən bir az fərqlidir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfrans liqasının qrup mərhələsinin 2-ci turunda “Omoniya” ilə oyun öncəsi mətbuat konfransında fikirini bildirib. Allsport.az saytı xəbər verir ki, o, rəqib barəsində ehtiyatlı danışıb:

“Son vaxtlar Kiprə tez-tez gəlirik. Yenidən burada olmaq mənim üçün xoşdur. Qarşılaşdığımız hər komandanın öz oyun fəlsəfəsi var. “Omoniya” həmin rəqiblərdən bir az fərqlidir. Burada yaxşı oyun göstərmək istəyirik.

Meydanda əlimizdən gələni edəcəyik. Bu komandaya qarşı həm ehtiyatlı olmalı, həm də 90 dəqiqə ərzində rəqibi nəzarətdə saxlamalıyıq. İnanıram ki, sabah ən yaxşı matçlarımızdan birini keçirəcəyik”.

Həmin kateqoriyadan