- Baxış sayı: 36
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Konfrans liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Kiprdə “Omoniya” və “Qarabağ” komandaları arasında keçiriləcək oyunun biletləri sentyabrın 24-dən satışda olacaq.
Allspory.az xəbər verir ki, bu barədə Nikosiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Qiymətlər sektorlara uyğun olaraq 5-125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.
Sentyabrın 30-da keçiriləcək “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.