“Ona ümidimiz böyükdür”

“Neftçi” futbolçu Rafael Quzzo ilə 2-illik anlaşıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Portuqaliya və Braziliyanın yüksək liqalarında çıxış edib. Komandamızın baş məşqçisi Roman Qriqorçuk 29 yaşlı oyunçunun keçidinə münasibət bildirib:

“Çox şadam ki, daha bir yaxşı oyunçunu transfer edə bildik. Rafael Quzzo bizim oyun üslubumuza tam uyğun gəlir. Düzdür, bizə bir az gec qoşulub. Amma qısa müddətdə onu yüksək hazırlıq səviyyəsinə çatdırıb xidmətindən yararlanmaq istəyirik. Quzzonun bizə çox köməyi dəyəcək, ona ümidimiz böyükdür”.

Həmin kateqoriyadan