Öncə “Qəbələ” – “Panatinaikos”, sonra “Yanq Boyz” – “Qarabağ”

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək ilk oyunların başlama saatları açıqlanıb. Allsport.az xəbər verir ki, Azərbaycanı təmsil edən “Qarabağ”la “Qəbələ”nin oyunlarının da başlama vaxtları məlum olub.

Avqustun 20-də keçiriləcək bu oyunlardan daha tez başlayan “Qəbələ”nin Yunanıstan “Panatinaikos”u ilə görüşü olacaq. Belə ki, Bakıda, “Bakcell Arena”da baş tutacaq bu matçın start fiti saat 21:00-da səslənəcək.

“Qarabağ” isə həmin gün İsveçrədə “Yanq Boyz”un qonağı olacaq. “Stade de Suisse”də keçiriləcək bu qarşılaşma yerli vaxtla 20:00-da (Bakı vaxtıyla 23:00) start götürəcək. Yəni, “Qəbələ”nin oyunu başa çatan kimi, bütün diqqətlər İsveçrənin paytaxtı Bernə yönələcək.

Qeyd edək ki, hər iki komandamız cavab matçını avqustun 27-də keçirəcək. Amma həmin oyunların başlama saatları hələlik, açıqlanmayıb.

Həmin kateqoriyadan