- Baxış sayı: 43
- 18 Fevral 2026 11:15
- Baxış sayı: 379
- Fevral 16, 2026
- 0

Sabiq MMA döyüşçüləri Ronda Rouzi və Cina Karano mayın 16-da Kaliforniyada keçiriləcək xüsusi döyüşlə karyeralarını bərpa edirlər.
Allsport.az xəbər verir ki, bu qarşılaşma MVP (Most Valuable Promotions) tərəfindən təşkil olunacaq və “Netfliks”də canlı yayımlanan ilk MMA hadisəsi kimi tarixə düşəcək.
Yarım-yüngül çəkidə baş tutacaq döyüş 5 dəqiqəlik 5 raunddan ibarət olacaq.
43 yaşlı Karano 2009-cu ildən, 39 yaşlı Rouzi isə 2016-cı ildən bəri rəsmi döyüş keçirməyib.