“Onlar komandanın oyununa mükəmməl inteqrasiya olunublar”

Argentina millisinin və “Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının ən yaxşı hücumçu cütünü seçib.

Allsport.az xəbər verir ki, argentinalı keçmiş futbolçunun seçimi “Liverpul”dan Məhəmməd Salah və Luis Dias olub:

“Məhəmməd Salah və Luis Dias. Onların oyun təcrübəsi Ceremi Doku və Olivye Savinyodan daha çoxdur. Ona görə də, bu, qeyri-bərabər müqayisədir. Salah və Dias məhsuldar birləşmədir, onlar komandanın oyununa mükəmməl inteqrasiya olunublar. Savinyo və Dokuya daha çox vaxt lazımdır”.

Həmin kateqoriyadan