FOTO
Orxan Abbasov: Çempionatın gərgin və maraqlı keçəcəyinə inanıram

Martın 20-də Şağan olimpiya idman kompleksində həndbol üzrə 28-ci ölkə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, dövlət himni səsləndirildikdən sonra, superliqanın açılışı olub. Mərasimdə çıxış edən AHF-in vitse-prezidenti Orxan Abbasov, federasiya prezidenti Saleh Məmmədovun salamlarını və bayram təbriklərini yarış iştirakçılarına çatdırıb.

Ölkədə idmana göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan prezidenti, milli olimpiya komitəsinin rəhbəri İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edən Orxan Abbasov, bu gün həndbolçular üçün ikiqat bayram olduğunu xüsusi vurğulayıb.

Vitse-prezident pandemiya şəraiti ilə əlaqədar uzun sürən fasilədən sonra həndbol üzrə növbəti çempionatın keçirilməsinə göstərilən dəstəkdən danışaraq gənclər və idman nazirliyinə təşəkkürünü bildirib. Yeni mövsümün gərgin və maraqlı mübarizə şəraitində keçəcəyinə inandığını bildirən federasiya rəsmisi, çempionatında çıxış edən komandalara uğurlar arzulayıb.

Həmin kateqoriyadan