- Baxış sayı: 41
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 134
- Fevral 06, 2026
- 0

“Napoli”nin hücumçusu Viktor Osimhen “Əl-Əhli”yə keçə bilər.
Allsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu nigeriyalı futbolçunu transfer etməyə hazırdır.
Ərəblər onun müqaviləsinə 50 milyon avrodan aşağı satınalma şərti daxil edə bilərlər. Ancaq bir nüans var: belə ki, bu seçim yalnız iki mövsümdən sonra həyata keçiriləcək. Belə olan halda, Osimhenin böyük problem olmadan Avropa futboluna qayıtmasına imkan yaranacaq. Lakin əvvəlcə o, “Əl-Əhli”də iki il keçirməlidir.