Nə vaxt və harada ağlayacağını dedi. Dünya çempionu onu qeyri-adi şəkildə təsvir etdi – FOTO

Moskvanın mərkəzində xeyirxahlıq korporasiyası layihəsinin təqdimatı keçirilib. Allsport.az xəbər verir ki, ölkənin tanınmış idmançıları müxtəlif xeyriyyə departamentlərinə rəhbər təyin olunublar.

Tədbirdə fiqurlu konkisürmə üzrə ikiqat dünya çempionu Yevgeniya Medvedeva (Peşəkar idman departamenti) və əfsanəvi xokkeyçi Aleksandr Oveçkin (Adaptiv idman departamenti) jurnalistlərin suallarını cavablandırıblar.

Oveçkin çəkilişlərin çətinliyindən, idmanda uğur qazanmaq üçün fürsət və zədəsizlik amilinin vacibliyindən danışıb. O, bu mövsüm zədədən tez bərpa olunmasını ailəsinin dəstəyi ilə izah edib və rekord qırmağın sevincini karyerası bitəndən sonra tam hiss edəcəyini bildirib.

Medvedeva “Dinamo” klubuna azarkeşlik etdiyini, oyunlara vaxt ayırmağa çalışdığını vurğulayıb. Oveçkini verilişinə dəvət etmək istəsə də, hələlik bunun alınmadığını deyib və onu “ulduz xəstəliyi olmayan böyük idmançı” kimi xarakterizə edib.

Tədbir iştirakçıları idmanda sadəlik, insanlıq və qarşılıqlı dəstəyin önəmini vurğulayıblar.

Həmin kateqoriyadan