- Baxış sayı: 62
- 20 Oktyabr 2024 12:41
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Mayın 22-də gənclər və idman nazirliyinin inzibati binasında Azərbaycan kamandan oxatma federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir dövlət himnin səsləndirilməsi ilə başlanıb. Əvvəlcə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edərək təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək rəhbərliyə uğurlar arzulayıb.
Sonra seçki keçirilib. Dövlət şəhərsalma və arxitektura komitəsinin sədri Anar Quliyev federasiyanın yeni prezidenti seçilib. O, göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.