“Oyuna maksimum köklənməliyik”

Xorvatiyanın “Dinamo” klubu çempionlar liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah öz meydanında”Qarabağ”ı qəbul edəcək.

Allsport.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç matçdan öncə keçirilən mətbuat konfransında iştirak edib. 47 yaşlı mütəxəssis “Qarabağ”ın heyətində yaxşı oyunçuların olduğunu bildirib:

“Uzun müddətdir bir yerdə çıxış edən ciddi komanda ilə qarşılaşırıq. Oyuna maksimum köklənməliyik. Onlar ötən mövsüm “Bayer”i çətin duruma saldılar. Son çempionlar liqası matçında səfərdə 7 qol vuraraq mesaj verdilər. Bu, bizim üçün böyük xəbərdarlıqdır.

Həmin kateqoriyadan