- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Premyer liqanın 5-ci turunda “Kəpəz” evdə “Sabah”a 2:3 uduzub. Allsport.az xəbər verir ki, Gəncə klubunun məşqçisi Xaliq Mərdanov oyun haqda danışıb:
“Sabah” ilə oyundan sonra komandamızı məşqçi kimi meydana çıxaran Xaliq Mərdanov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb: “Komandanı üç günə hazırlayıb meydana çıxartmışıq. Böyük bir iş görməmişik. Sadəcə olaraq uşaqların əhval-ruhiyyəsini qaldırmağa çalışmışıq.
Oyuna kökləməyə səy göstərmişik. Bu oyunu əks-hücumlarda qurmuşduq. Rəqibi belə həmlələrdə yaxalayıb, məqsədimizi həyata keçirmək istəyirdik. Buna da nail olmuşduq. Amma oyunçuların təcrübəsi, ustalığı çatmadı. Bəzi səhvlərə yol verdik və məğlub olduq”.