- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
UEFA-nın prezidenti Aleksander Çeferin koronavirus pandemiyasına görə dayandırılan milli liqalarlar bağlı danışıb. Allsport.az xəbər verir ki, sloveniyalı funksioner çempionatlarda qaliblərin indidən açıqlana biləcəyi barədə gəzən xəbərlərə münasibət bildirib:
“İtaliya “A” seriyasının başa çatdırılacağı ehtimal edilir. Buna inanıram, amma zəmanət vermirəm. İtaliya çempionatı səlahiyyətimizdə deyil. İnsanların həyatını təhlükəyə qoymayacağımıza zəmanət verə bilərəm. Yerli hökümətlərin razılığından sonra liqaların vəziyyətinə baxacağıq və çıxış yolu fikirləşəcəyik.
İngiltərədə “Liverpul”un titulsuz qalacağını düşünmürəm. Əgər yarış davam etsə, onlar bunu tezliklə rəsmiləşdirəcəklər. Əgər oyunlar davam etdirilməsə, çempionatlarda nəticələri müəyyənləşdirmək üçün nəsə etmək lazım olacaq. Çempionlar liqası və Avropa liqasının formatına uyğun başa çatmasını istəyirik”.