“Oyunu buna uyğun qurmuşduq”

Qadın futbolçular Millətlər liqasında 2-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “C” dəstəsinin 4-cü qrupunda yer alan komandamız Vilnüsdə yerli Litvaya 2:0 qalib gəlib. Görüşdən sonra baş məşqçimiz Siyasət Əsgərov bunu deyib:

“Şükürlər olsun ki, qələbə qazandıq. Qol buraxmadan bunu etmək çox önəmli idi. Üç komandanlı qrupdayıq, sonda qrup birincisini top fərqi müəyyənləşdirə bilər. Rəqibin zəif və güclü cəhətlərini bildiyimizdən, oyunu buna uyğun qurmuşduq.

Meydanda hər şeyi düzgün etdiyi üçün komandamıza təşəkkür edirəm. Qızlar xarakter və istək göstərməklə yanaşı, gözəl futbol oynadılar. Məqsədimiz qol buraxmadan qələbə qazanmaq idi ki, bunu reallaşdırdıq.

Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bizi indi Monteneqroya qarşı çox vacib səfər oyunu gözləyir. Həmin matçdan da maksimum nəticə ilə qayıtmağa çalışacağıq”. 

Həmin kateqoriyadan

azenrutr