- Baxış sayı: 23
- 01 Aprel 2026 10:58
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

“Arsenal”ın yarımmüdafiəçisi Məsud Özilin agenti Ərqud Söyüd müştərisinin gələcəyi barədə danışıb. Allsport.az xəbər verir ki, o, Özilin gələn il başa çatacaq müqaviləsini uzatmayacağını deyib:
“Məsudun klubla 1 illik müqaviləsi qalıb. Bundan sonra nə baş verəcəyini zaman göstərəcək. O, ailəsi ilə qərar verəcək. Bu, ən yaxşı çıxış yoludur”.
31 yaşlı Türkiyə əsilli alman futbolçu bu mövsüm 23 oyunda 1 qol vurub, 3 assist edib. Özilin London klubu ilə sözləşməsi 2021-ci ilin iyunun 30-da bitəcək.