- Baxış sayı: 14
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 74
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın futbolçusu Filip Ozobiç premyer liqada 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi 3-cü turun “Neftçi” ilə səfər matçına (2:1) təsadüf edib.
2016-cı ildən Azərbaycan çempionatında çıxış edən 30 yaşlı futbolçu iki klubun formasını geyinib. O, 2016-18-ci illərdə “Qəbələ”də 46, 2018-21-ci illərdə “Qarabağ”da 54 görüşdə iştirak edib. Filip premyer liqadakı 100 qarşılaşmada 38 qol vurub. Bunlardan 16-sı Qəbələ, 22-si Ağdam klubunun heyətində qeydə alınıb.
Filip premyer liqada ilk oyununu 2016-cı il avqustun 8-də “Qəbələ”nin heyətində “Kəpəz”ə (2:0) qarşı keçirib.