“Özümüz də çox səhvlər etdik”

Kişi voleybolçulardan ibarət yığmamızın bloqçusu Ramazan Ağabəyov açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, Avropa çempionatının təsnifatında Avstriya oyunla bağlı bunu deyib:

“Təsnifat mərhələsindəki ilk matçımız səfərdə Avstriya komandasına qarşı oldu. Oyunumuz istədiyimiz kimi alınmadı. Rəqibin heyətində təcrübəli oyunçular çox idi və bu voleybolçular oyunun həlledici anlarında komandalarına kömək etdilər.

İlk hissədən fərqli olaraq ikinci setə daha yaxşı başlayaraq təşəbbüsü ələ aldıq və hesabda irəli keçdik. Amma təəssüf ki, üstünlüyümüzü sonadək qoruya bilmədik. Özümüz də çox səhvlər etdik və bu, daha yaxşı nəticə göstərməyimizə mane oldu.

Növbəti oyunumuz Bakıda Belçika yığmasına qarşı olacaq. Belçika bizə tanış komandadır. Avstriya matçından sonra məşqlərdə səhvlərimiz üzərində də işləyirik. Azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun göstərib qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Həmin kateqoriyadan