“Panatianikos” “Nyukasl”dan futbolçu almaq istəyir

Avropa Liqasının pley-off mərhələsində “Qəbələ”nin rəqibi olan Yunanıstanın “Panatinaikos” klubu heyətini gücləndirməyə çalışır. Allsport.az xəbər verir ki, Afina təmsilçisi İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Mehdi Abeydi heyətinə qatmağa çalışır.

Qeyd edək ki, əlcəzairli futbolçu 2013/14 mövsümünü icarə əsasında məhz “Panatinaikos”da keçirib. Lakin afinalılar indi onu transfer hüququ ilə birlikdə almaq fikrinə düşüblər. Sadəcə, “Nyukasl”ın buna görə 2 milyon avro tələb etməsi yunanları qane etmir. Hazırda danışıqların davam etdiyi bildirilir.

“Panatinaikos” Abeydlə yaxın günlərdə müqavilə imzalamğı bacarsa, onu Avropa Liqasının pley-off mərhələsinin oyunları üçün sifariş edə bilər. “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü ayın 27-də Afinada keçiriləcək.

Sonda onu da bildirək ki, 23 yaşlı futbolçu vaxtilə Fransanın U-16, U-17 və U-18 yığmalarında çıxış etsə də, 2011-ci ildən Əlcəzairin U-23 millisinə cəlb olunub. Bu il isə o, öz ölkəsinin əsas yığmasında ilk oyununu keçirib.

Həmin kateqoriyadan