- Baxış sayı: 58
- 03 Dekabr 2025 19:23
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Qarışıq paracüdo millimiz Avropanın ən güclüsü adını qazanıb. Allsport.az saytı xəbər verir ki, İtaliyanın Genuya şəhərində qitə çempionatının komanda yarışında yığmamız Türkiyəni 5:1, yarımfinalda Rusiyanı 4:3 və finalda İBSA-nın yığmasına 6:0 qalib gəlib.
Bizdən heyətdə İlham Zəkiyev (+100 kq), Hüseyn Rəhimli (81 kq), Bayram Mustafayev (66 kq), Dürsədəf Kərimova (+70 kq), Xanım Hüseynova (63 kq) və Səbinə Abdullayeva (52) olub.
Qeyd edək ki, ACF-in dəstəyi ilə bu yarışda iştirak edən paracüdoçularımız öncə fərdi yarışlarda 10 medal (1 qızıl, 4 gümüş və 5 bürünc) qazanıb.