Paralimpiya komitəsinin nizamnaməsində dəyişiklik

Milli olimpiya komitəsinin binasında Paralimpiya komitəsinin ümimi yığıncağı keçirilib. Allsport.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə edilib:

2020-ci ildə Tokioda keçiriləcək XVI yay paralimpiya oyunlarına hazırlıqla əlaqədar görülən işlər;

Milli Paralimpiya komitəsinin nizamnaməsində dəyişikliklərin təsdiq olunması.

Gündəlikdə olan 1-ci məsələ ilə əlaqədar komitəsnin baş katibi Kamal Məmmədov görülən işlər haqda geniş məlumat verib. MPK-nın maliyyə-təssərüfat şöbəsinin müdiri Afər Məhərrəmov nizamnamədə beynəlxalq paralimpiya komitəsinin tələbləri nəzərə alınaraq dəyişiklik və əlavələr edilmişdir. Müzakirələrin yekunu olaraq MPK-nin nizamnaməsinin təsdiq edilməsi barədə qərar qəbul olunmuşdur.

Yığıncaqda təşkilati məsələlərə də baxılmışdır. MPK-nin üzvlərinin səsverməsi nəticəsində MPK-nin 1-ci vitse-prezidenti Natiq Qasımov vəzifədən azad edilmiş, Yaşar Hacıyev isə vitse-prezident vəzifəsinə, MPK-nin İcraiyyə Komitəsi isə aşağıdakı tərkibdə seçilmişdir.

Milli paralimpiya komitəsinin icraiyyə komitəsinin üzvləri:

1. Rəhimov İlqar Elxan oğlu – ARMPK-nin prezidenti, İcraiyyə komitəsinin sədri
2. Zəkiyev İlham Əizağa oğlu – ARMPK-nin vitse prezidenti
3. Hacıyev Yaşar Fərəc oğlu – ARMPK-nin vitse prezidenti Sumqayıt paralimpiya idman kompleksinin direktoru
4. Məmmədov Kamal Cabir oğlu – ARMPK-nin baş katibi
5. Sultanova Afaq Vaqif qızı – Cüdo üzrə paralimpiya çempionu
6. Kərimova Vüsalə Akif qızı- Əlil idmançılara dəstək” İB-nin baş katibi, əlil arabasında idman rəqsi, idmançı
7. Sadıxov Sadıx Asəf oğlu -“Neftçi” İC icraçı direktoru
8. Məmmədov Aydın Ağa əli oğlu – Gənclər və idman nazirliyinin sektor müdiri
9. Abdullayev Səmyar Abdulla oğlu – Gözdən əlillər cəmiyyətinin prezidenti
10. Kərimov Mehman Bayram oğlu – Milli olimpiya komitəsinin şöbə müdiri
11. Abbasova Səlhət Manaf qızı – Milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyasının məsul katibi.

Həmin kateqoriyadan

azenrutr