- Baxış sayı: 202
- 30 Dekabr 2025 13:54
- Baxış sayı: 102
- Fevral 06, 2026
- 0

Milli paralimpiya komitəsinin (MPK) pauerliftinqçisi Pərvin Məmmədov (49 kq) Tokio-2020 yay paralimpiya oyunlarına vəsiqə qazanıb. Allsport.az xəbər verir ki, idmançı bu uğura Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya kubokunda nail olub.
O, 157 kq nəticə göstərərək yarışı 4-cü yerdə bitirib. Həm dünya kubokunda, həm də reytinq xalları qazandıran öncəki yarışlarda yüksək nəticə əldə edən Məmmədov “Tokio-2020″də Azərbaycanı təmsil edəcək.
Bu, Milli Paralimpiya Komitəsinin idmançılarının 19-cu lisenziyası olub. Onlardan 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 2-si pauerliftinq növündəndir.