- Baxış sayı: 46
- 19 Mart 2026 20:31
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0

Allsport.az xəbər verir ki, milli paralimpiya komitəsinin atletika üzrə milli komandasının üzvü, paralimpiya çempionu Orxan Aslanov İtaliyanın Yesolo şəhərində keçirilən qran pridə uzunluğa tullanma növündə 6.19 m nəticə göstərərək ikinci yerə sahib çıxıb.
O.Aslanov bu nəticə ilə cari ilin iyul ayında Fransanın paytaxtı Paris şəhərində keçiriləcək atletika üzrə dünya çempionatına lisenziya əldə edib.